Qalib şagirdlərimiz
Məktəbin 6e sinif şagirdləri Əliyev Rəsul və Əliyev Rza Gənclər və İdman nazirliyinin təşkilatçılığı ilə keçirilən Ramana idman Mərkəzinin Açıq Cüdo Birinciliyində uğurla iştirak ediblər.
Əliyev Rəsul l yer ,Əliyev Rza lll yerə layiq görülüb . Uğur qazanan şagirdlərimiz diplom və medalla təltif olunub.
Qalib şagirdləri məktəb direktoru Vələddin Nurəddinov , tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova , sinif rəhbəri Ələkbər Orucov təbrik edib ,daha böyük uğurlar arzulayıblar.