3R sinfində 20 Yanvar faciəsinə həsr olunan sinifdaxili tədbir keçirilib

    Məktəbin 3r sinfində ibtidai sinif müəllimi Həlimət Camalovanın başçılığı ilə 20 Yanvar faciəsinə həsr olunan sinifdaxili tədbir keçirilib.   
     Tədbirdə qeyd edilib ki, 35 il bundan əvvəl Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsi, eyni zamanda, Azərbaycan xalqının milli qürur və şərəf tarixidir. Qanlı Yanvar Azərbaycan xalqının milli mənlik şüurunun yüksəkliyini və yenilməzliyinin sübutudur.     Otuz beş il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliam haqqında şagirdlər məlumatlar,şeirlər səsləndirib, mövzu ətrafında müzakirələr aparılıb, divar qəzetləri hazırlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi