"20 Yanvar faciəsi qurbanları" mövzusunda tədbir

17 yanvar 2025-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Ağayeva 5b sinfində "20 Yanvar faciəsi qurbanları" mövzusunda tədbir keçirib.
Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb. Şagirdlər hazırladıqları səhnəcikləri nümayiş etdiriblər, təqdimatlar səsləndiriblər.
Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün soydaşlarımızı dərin hüznlə yad edirik!