20 YANVAR ŞƏHİDLƏRİNİN ƏZİZ XATİRƏSİ YAD EDİLİB
17 yanvar 2025-ci il tarixində məktəbin tarix müəllimi Aynurə Bayramovanın təşkilatçılığı ilə 8c sinfində "Qanlı 20 Yanvar" mövzusunda xüsusi dərs keçirilib.
Müəllim bildirib ki , 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
8c sinif şagirdləri 20 Yanvar hadisələrinə həsr edilmiş videoçarxlar, şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.