20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir

Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon ümumtəhsil müəssisələrini şagirdləri arasında "20 Yanvar şəhidlərinin xatirəsinə " həsr olunmuş voleybol üzrə turnir keçirilib.
Yarışda məktəbimizin qızlardan ibarət voleybol komandası yüksək nəticə göstərərək ll yerə çıxıblar. Qalib komanda kubok, diplom və medallarla təltif olunub.
Qalib komandanı və onların Fiziki tərbiyə müəllimləri Rafiq Bayramov, Mətanət Quliyeva,Orxan Hüseynli,Zümrüd Kərimova,Orxan Salmanovu məktəb direktoru Vələddin Nurəddinov təbrik edib, daha böyük uğurlar arzulayıb.