20 YANVARA HƏSR OLUNMUŞ XÜSUSİ DƏRS
Məktəbin 3g sinif şagirdlərinin iştirakı ilə ibtidai sinif müəllimi Elmira Şəripovanın başçılığı ilə 20 Yanvara həsr olunmuş xüsusi dərs təşkil olunub. Şagirdlər bu tarixi dərin hüznlə anıb. Xüsusi dərsdə müəllim tariximizin şərəf və qəhrəmanlıq səhifəsi- Qanlı Yanvar haqqında geniş məlumatlarlar ,faktlar səsləndirib.
Müstəqilliyə gedən yolda böyük bir çıraq olan Yanvar şəhidlərini dərin ehtiramla yad edən şagirdlər qanlı gecənin hüznünü ifadə edən , vətənimizin faciəli tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Dərsdə Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs edən videoçarxlar nümayiş olunub.