Respublika Fənn Olimpiadalarının I mərhələsindən uğurla keçən şagirdlərlə görüş keçirilib

     16 yanvar 2025-ci il tarixində məktəb rəhbəri Vələddin Nurəddinov Respublika Fənn Olimpiadalarının növbəti mərhələsində iştirak edəcək şagirdlərlə görüş keçirib .

     Məktəb direktoru çıxış edərək olimpiadanın şagirdlərin məntiqi-təfəkkür qabiliyyətinin inkişafında əhəmiyyəti barədə və olimpiadada suallara düzgün yanaşma qaydaları haqqında onları məlumatlandıraraq öz tövsiyələrini verib .Növbəti mərhələyə keçən iştirakçılara uğurlar arzulayıb.

     Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi