RƏQƏMSAL BSQ-LƏR KEÇİRİLİB
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadovanın başçılığı ilə VII siniflərində Rəqəmsal BSQ-lərin keçirilməsinə start verilib.
Rəqəmsal böyük summativ qiymətləndirmə elektron formada (kompüter avadanlıqlarından və müvafiq proqram təminatından istifadə edərək) cədvəl əsasında növbəli şəkildə İKT ilə təchiz edilmiş informatika kabinetlərində keçirilməyə başlanılıb. Qiymətləndirmə rəqəmsal şəkildə “Virtual məktəb” platforması üzərindən aparılır.
Kağız üzərində keçirilən qiymətləndirmə vəsaitindən yalnız bir dəfə istifadə oluna bildiyi halda, rəqəmsal qiymətləndirmənin tətbiqi zamanı material və resurslardan təkrar istifadə oluna bilir. Bu isə öz növbəsində qiymətləndirmə vəsaitlərinin hazırlanması üçün vaxta qənaət etməklə yanaşı, kağız sərfiyyatını da minimuma endirmiş olur. Eyni zamanda, rəqəmsal qiymətləndirmə prosesi virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılır. Bu üstünlük qiymətləndirmə vaxtının optimallaşdırmasına zəmin yaradır. Tərtib olunan suallar və qiymətləndirmə prosesi məktəb rəhbərliyi və müvafiq fənn müəllimləri tərəfindən təşkil olunub, şagirdlər nəticələr barədə yerində məlumatlar əldə edib.
Qeyd edək ki, l yarımil üzrə keçirilən BSQ-lər VIl siniflərdə Azərbaycan dili, Riyaziyyat, İngilis dili fənlərindən təşkil edilib,məktəb rəhbərliyinin , nəzarətçi müəllimlərin ciddi nəzarət ilə aparılıb.