"Etibar qutusu" hazırlanıb

     90 nömrəli tam orta məktəbdə "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsinin tətbiqi uğurla davam etdirilir. UMT həftəsində mütamadi olaraq şagirdlərlə profilaktik söhbətlər aparılır.

     Layihə çərçivəsində məktəbin 9d sinif şagirdləri STEAM dərsində müəllim Ramilə Məmmədlinin başçılığı ilə "Etibar qutusu" hazırlayıblar.

Məktəbin psixoloqu Cəmilə Məmmədova şagirdlərin inam və etibarını qazanmaq və onların bölüşmək istəyib də heç kiminlə bölüşə bilmədiklərini yaza bilmək üçün "Etibar qutusu" haqqında şagirdlərə məlumat verib. Böyük marağa səbəb olan bu qutunun hazırlanmasında əsas məqsəd şagirdlərin yaşadıqları və ya rastlaşdıqları çətinlikləri, yaxınlarına belə deyə bilmədikləri bütün problemleri yazıb psixoloqlarımıza etibar etməsidir.

     Məqsəd ünsiyyət baryeri olan şagirdlərin psixoloji problemlərinin aşkara çıxarılması, vizual olaraq fikir və hislərini bölüşməyə çətinlik çəkən şagirdlərin məktub formasında öz hiss və düşüncələrini psixoloqlarla bölüşməyə şərait yaradılmasıdır.

     Qeyd edək ki, layihə çərçivəsində görülən işlər, məktəbdaxili əməkdaşlığın gücləndirilməsi və maarifləndirmə tədbirləri uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, təhlükəsiz mühitin yaradılması üçün mühüm addımlardır.Bu tədbirlər həm uşaqların təhlükəsizliyinin təmin edilməsinə, həm də sağlam və rifah içində bir gələcək cəmiyyətin formalaşmasına töhfə verəcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi