"Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi " adlı pilot layihənin əsasında keçirilən növbəti görüş
Şagird təhlükəsizliyi məktəbin hər bir kadrının diqqətlə yanaşdığı həssas məsələlərdəndir. Son zamanlar yeniyetmələr arasında bullinq hallarına rast gəlinməsi, müxtəlif situasiyalarda yeniyetmələrin problemi özü həlletmə marağı məktəbdə nizam - intizam qaydalarının daha da möhkəmləndirilməsinə və şagirdlərlə mütəmadi maarifləndirici söhbətlərin aparılmasına zəmin yaratmışdır.
15 yanvar 2025-ci il tarixində UMT həftəsində məktəbin direktoru Vələddin Nurəddinov ,məktəb psixoloqu Cəmilə Məmmədova şagirdlər ilə "Bullinqlə mübarizə" mövzusunda görüş keçirib.
Əsas məqsəd şagirdlərə bullinq davranışı haqqında məlumat vermək və bullinqlə mübarizə aparmağın yollarını izah etməkdən ibarət olub. "Bulinq nədir və ondan necə qorunaq? "mövzusunda görüş diskusiya şəklində davam etdirilərək, şagirdlərin bulinq haqqında fikirləri təhlil olunub, onları maraqlandıran suallar cavablandırılıb. Görüşdə müxtəlif situasiyalarda şagirdlərin müraciət etməli olduqları şəxsləri onlara xatırlatmış, şagirdlərə məktəbin nizam - intizam qaydaları ilə bir daha tanış olmağı tövsiyə etmişlər.