UMT həftəsində növbəti maarifləndirici görüş
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNISEF ) birgə fəaliyyət planı əsasında ARTİ tərəfindən həyata keçirilən " Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi " adlı pilot layihə çərçivəsində siniflərdə növbəti maarifləndirici görüş keçirilib.
14 yanvar 2025 tarixində məktəb psixoloqu Cəmilə Məmmədova və UMT komissiyasının üzvləri şagirdlərə layihə haqqında geniş məlumat veriblər. Siniflərdə şagirdlərlə uşaq müdafiəsi və təhlükəsizliyi barədə söhbətlər aparılıb, onların layihə ilə bağlı fikirləri, təəssüratları dinlənilib. Layihə çərçivəsində komanda üzvləri tərəfindən yaradılmış xüsusi "Etibar qutusu" ilə bağlı şagirdlərlə fikir mübadiləsi aparılıb. Bildirib ki, Uşaq müdafiəsi və təhlükəsizliyi yalnız onların hüquqlarını qorumaq deyil, həm də gələcəkdə sağlam və məsuliyyətli vətəndaşların yetişməsinə zəmin yaratmaq məqsədi daşıyır. Bu mövzuya diqqət yetirmək cəmiyyətlərin dayanıqlı və ədalətli olmasına töhfə verən əsas amillərdən biridir.
Ümumilikdə məktəbimizdə bu layihənin icrası şagirdlər, müəllimlər və valideynlər tərəfindən yüksək dəyərləndirilir və onlarda xoş təəssüratlar yaradır.