KİTAB MÜZAKİRƏSİ KEÇİRİLİB
Kitab insan həyatında mühim əhəmiyyətə malikdir. Bildirək ki, məktəb kitabxanasındakı kitablardan şagirdlər geniş istifadə edərək mütaliə edirlər.
Kitabxana müdiri Minayə Əzimova , kitabxanaçı Fəxriyyə Səfərova şagirdlərdə mütaliəyə həvəsi daha da artırmağı, onlarda mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə 2j sinif şagirdləri ilə oxuyub-anlama adı altında "Fədakar kəndli" kitabının müzakirəsini aparıblar .
Kitabxanaçılar səsli oxunuş ediblər, mövzu , ideya ,obrazlar və s. haqqında geniş müzakirə aparmışlar. Qeyd edək ki, kitab müzakirəsi şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə təşkil edilmişdir.