Məktəbdə "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi " adlı pilot layihə çərçivəsində UMT həftəsinə start verilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNISEF ) birgə fəaliyyət planı əsasında ARTİ tərəfindən həyata keçirilən " Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi " adlı pilot layihə çərçivəsində məktəbdə maarifləndirici görüş keçirilib.
13 yanvar 2025-ci il tarixində R.Zorge adına 90 nömrəli tam orta məktəbin akt zalında UMT üzvləri məktəb psixoloqu Cəmilə Məmmədova, tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova , Uşaq birliyi rəhbəri Lida Muxtarova maarifləndirici görüş keçirib.
Məktəbin texniki heyətinin iştirak etdiyi görüşdə “Uşaq müdafiəsi proqramı”nın UMT mexanizmi və onun işləmə prinsiplərindən bəhs edilib, layihə haqqında geniş məlumatlar veriblər. Sonda iclas iştirakçıları ilə birgə mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, UMT komandalarının işi, layihə çərçivəsində məktəbdə keçirilən iclas və görüşlər davamlı təşkil edilir.