PSİXOLOJİ SORĞU APARILIB
90 nömrəli tam orta məktəb psixoloqu Vüsalə Orucova 8 yanvar 2025-ci il tarixində 4g və 4f ibtidai sinif şagirdləri ilə özünüdəyərləndirmə ilə bağlı korreksiya işi aparıb.
Şagirdlərin psixoloji cəhətdən hazırlığını müəyyən edən keyfiyyət göstəriciləri üzrə sinifdə sorğu təşkil edilib.
4g və 4f sinif şagirdləri ilə psixoloji söhbət zamanı uşaqlarda məktəb və təlim vəzifələrinin mənasını başa düşmək, özünüdəyərləndirmə ,özünənəzarət və özünüqiymətləndirmə vərdişlərini şüurlu surətdə dərk etmək, şagirdlərin müəllimləri və yoldaşları ilə davranış tərzi və iradi keyfiyyətlərin, xüsusilə fəallıq, təşəbbüskarlıq və s. inkişafı üzrə ümumi situasiya psixoloq tərəfindən qiymətləndirildi.