MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNISEF ) birgə fəaliyyət planı əsasında ARTİ tərəfindən həyata keçirilən "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihə çərçivəsində məktəbdə maarifləndirici görüş keçirilib.
27 dekabr 2024-cü il tarixində layihənin məktəb üzrə supervizoru Şahanə Ələkbərova və UMT komandasının üzvü məktəb psixoloqu Cəmilə Məmmədova siniflərdə oldular. Görüş zamanı şagirdlərə videoçarx nümayiş etdirilib ,müzakirələr aparılıb, şagirdlərin fikirləri dinlənilib.