HƏMRƏYLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

     24 dekabr 2024-cü il tarixdə 90 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarovanın başçılığı ilə ,fəal şagirdlər ilə birlikdə Həmrəylik Gününə həsr olunmuş tədbir keçirilib. Məktəb rəhbərliyinin iştirak etdiyi tədbirdə şagirdlər şeir kompazisiyaları təqdim edib ,rəqs nümayiş etdirib ,vətənpərvər ruhlu mahnılar səsləndiriblər.

    Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Qeyd olunub ki ,31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.

https://www.youtube.com/watch?v=CYlzOElq_EM&t=63s

https://www.youtube.com/watch?v=zcbZjFUSV8w&t=9s

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi