Riyaziyyat fənni üzrə "Nümunəvi dərs"

      Məktəbdə “Riyaziyyat aylığı”nın qarşıya qoyulmuş əsas məqsəd və tələbinə uyğun olaraq fəal təlimə əsaslanan növbəti "Nümunəvi dərs" keçirildi.

Məktəbin riyaziyyat müəllimi Şəhanə Quliyeva 5d sinfində "Ədədin onluq kəsrə bölünməsi" mövzusunda keçdiyi dərsdə şagirdlər fəallıq göstərərək verilən sualları tez cavablandırmağa çalışırdılar. Müəllim təlimin fərdi yanaşma prinsipinə uyğun olaraq hər şagirdlərə bölmə üzrə iş vərəqlərində mövzuya aid misallar vermişdi.

      Məktəb rəhbərliyinin iştirak etdiyi dərsdə bildirilib ki, "Nümunəvi dərs"lərin keçirilməsi məktəbdə tədrisin keyfiyyətinin, səviyyəsinin yüksəlməsinə xidmət edir. Nəticədə, pedaqoji kollektivin işinə məsuliyyəti artır, şagirdləri yaxşı oxumağa, müəllimləri isə səmərəli fəaliyyətə ruhlandırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi