Psixoloji test keçirilib
Ailə və onun dəyərləri barədə danışmaq, uşaqlarda bu dəyərləri formalaşdırmaq məqsədilə məktəb psixoloqu Vüsalə Orucova 1f sinfində “Mənim ailəm” adlı psixodiaqnostik test keçirdi.
Metodikanın başlıca məqsədi şagirdlərin ailədaxili münasibətlərini öyrənməkdir. Ailədaxili münasibətlər sisteminin düzgün qurulmaması şagirdin daxili və xarici psixoloji mühitinə mənfi təsirlərə yol açır. Bu münasibətlər sistemini araşdırmaq və sinif müəllimi ilə müzakirə edərək çıxış yolu tapmaqla şagirdin müəyyən qədər problemlərini həll etmək mümkündür.
Şagirdlərə A4 vərəqi paylanaraq rəngli karandaşlardan da istifadə etmələrinə icazə verilərək ailə tablosunu çəkmək təklif olundu. Aparılan müşahidə və çəkilən şəkillərdən ailədə uşaqların ailə münasibətlərini necə dəyərləndirdiyini əks etdirib. Şəkillər məktəb psixoloqu Vüsalə Orucova tərəfindən təhlil olunub.