Riyaziyyat fənni üzrə "Açıq dərs"
19 dekabr 2024 tarixində məktəbin riyaziyyat müəllimi Gülşən Xankişiyeva 7c sinfində "Açıq dərs " keçirib. "Birhədlinin çoxhədliyə vurulması" mövzusunda keçən dərsdə məktəb rəhbərliyi iştirak edib.
Mövzu müəllim tərəfində ətraflı izah olunub. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Tədqiqat sualları qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb. Fikirlər ümumiləşdirilərək nəticələr əldə edilib.
Sonda ev tapşırığı verilib və qrup işləri qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən məktəb rəhbərliyi tərəfindən dərs müzakirə edilib.