Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir

      18 dekabr 2024-cü il tarixində "Naxçıvan aylığı" layihəsi çərçivəsində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarovanın təşkilatçılığı ilə "Naxçıvanın qədim tarixi" mövzusunda tədbir keçirilib.

     Məktəb kitabxanasında keçirilən tədbirdə kitabxana müdiri Minayə Əzimova, sosial pedaqoq Rəsmiyə Quliyeva və məktəbin fəal şagirdləri iştirak edib.

     Direktor müavini Sevinc Zaxarova şagirdlərə Naxçıvan Muxtar Respublikasının yaradılması, onun tarixi, mədəni irsi və tarixi abidələrini özündə əks etdirən məlumat verib ,videoçarxlar, sənədli film nümayiş etdirib. Naxçıvana , Möminə Xatun türbəsinə etdiyi ekskursiya haqqında əyani məlumat verib.

     Tədbirin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, tarixi abidələri, etimologiyası haqqında şagirdlərə məlumat vermək, görkəmli xadimlərinin xidmətlərini onların diqqətinə çatdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi