"Naxçıvan aylığı" çərçivəsində disput təşkil olunub

      90 nömrəli orta məktəbdə "Naxçıvan aylığı" çərçivəsində tarix müəllimi Məhsəti Səfərinin təşkilatçılığı və 10a və 11a sinif şagirdlərinin iştirakı ilə disput təşkil edilmişdir.

     Şagirdlər muxtariyyət tarixinə nəzər salaraq vurğulayıblar ki, 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən 2 mühüm beynəlxalq sənəd - Moskva və Qars müqavilələri imzalanıb, muxtariyyətin əsasları, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunub, bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilib. 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı təşkil olunub. Nəhayət 1924-cü il fevralın 9-da Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Naxçıvan diyarı Naxçıvan MSSR-ə çevrilib.

1990-1993-cü illərdə Ümummilli Liderin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi Naxçıvanı erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi