"Nur sığınacaq evi”nə ziyarət edilib
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Südabə Əliyevanın təşkilatçılığı ilə ,məktəb rəhbərliyinin , kollektivin , valideynlərin və siniflərin təşəbbüskarlığı sayəsində, valideyn himayəsindən məhrum böyüyən uşaqları sevindirmək məqsədilə "Nur sığınacaq evi"ni ziyarət edilib. Qeyd edək ki, məktəbimizin 3 şagirdi bu sığınacaqda yaşayır.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadova ,məktəbin Həmkarlar İttifaqı sədri Rafiq Bayramov, Sosial pedaqoq Rəsmiyyə Quliyeva ,İbtidai sinif müəllimi İlhamə Bayramova ,Azərbaycan dili müəllimi Şura Allahverdiyevanın iştirakı, onların kimsəsiz uşaqların tələbatlarının müəyyən dərəcədə ödənilməsində iştirakı təqdirə layiq olmuşdur.
Qeyd edək ki, ziyarətin əsas məqsədi kimsəsiz uşaqlara dəstək olmaq, onları kiçik hədiyyələrlə sevindirmək və qarşıdan gələn bayramlarını daha yadda qalan etmək olub.