Riyaziyyat fənni üzrə "Açıq dərs"

      Məktəbin riyaziyyat müəllimi Saida Bayramova 11 b sinfində "Açıq dərs " keçirib. "Konusun yan səthinin və tam səthinin sahəsinin tapılması" mövzusunda keçən dərsdə məktəb rəhbərliyi iştirak edib.

     Dərsdə şagirdlərə konusun üçbucağın fırlanmasından alınması animasiyalarla nümayiş olundu.Şagirdlər konusun açılışını canlı şəkildə fiqur üzərində öyrəndilər.Dərsin davamında öyrəndiklərini tətbiq etdikləri məsələlərin həllərini nümayiş etdirdilər.

      Mövzu müəllim tərəfində ətraflı izah olunub. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Tədqiqat sualları qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb. Fikirlər ümumiləşdirilərək nəticələr əldə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi