Növbəti dərsdinləmə 1f sinfində aparılıb

     13 dekabr 2024-cü il tarixdə R.Zorge adına 90 nömrəli tam orta məktəbdə növbəti dərsdinləmə ibtidai sinif müəllimi Şabayeva İradə 1f sinfində təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarova tərəfindən aparıldı. İbtidai siniflər üzrə metodbirləşmə sədri Ülviyyə Əmiraslanova da dərsdinləmədə iştirak edib.

     Dərsdə şagirdlər sərbəst olaraq mövzuya uyğun tapşırıqları yerinə yetirdilər. Daha sonra tapşırıqlar yoxlanıldı, şagirdlər arasında müzakirə olundu. Dərsin sonunda dərs mərhələləri təhlil olunub , metodik tövsiyələr verilib.

     Qeyd edək ki, dərsdinləmə — tədris prosesini qiymətləndirmək və inkişaf etdirmək məqsədilə dərs zamanı müəllimin və şagirdlərin fəaliyyətini izləmək üçün tətbiq olunan bir üsuldur. Bu, həm müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, həm də şagirdlərin təlimdə iştirakını və uğurunu yaxşılaşdırmaq üçün faydalı alətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi