Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi ilə bağlı "Dəyirmi masa" keçirilib
90 nömrəli tam orta məktəb kitabxanasında Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi ilə əlaqədar "Dəyirmi masa" təşkil olunub. "Dəyirmi masa" kitabxana müdiri Minayə Əzimova, kitabxanaçı Fəxriyyə Səfərova başçılığı ilə , Azərbaycan dili müəllimi Humay İsmayılova və 7a və 7d sinif şagirdlərinin iştirakı ilə keçirilib.
"Dəyirmi masa"da ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırıb.