Riyaziyyat fənni üzrə "Nümunəvi dərs" keçirilib
6 dekabr 2024 tarixində məktəbin riyaziyyat müəllimi Mailə Xankişiyeva 10b sinfində "Trigonometrik eyniliklərin köməyilə çalışma həlli" mövzusunda "Nümunəvi dərs" keçirib.
Mövzu müəllim tərəfində ətraflı izah olunub. 10b sinif şagirdləri qrup şəklində mövzu üzərində çalışmalar həll etdilər. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Tədqiqat sualları qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb. Fikirlər ümumiləşdirilərək nəticələr əldə edilib.
Sonda ev tapşırığı verilib və qrup işləri qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən məktəb rəhbərliyi tərəfindən dərs müzakirə edilib.