Xlb sinif şagirdləri ilə imtahan öncəsi psixoloji diaqnostika keçirilib
Şagirdlərin imtahan öncəsi həyəcanını aradan qaldırmaq, psixoloji vəziyyətini nəzarətdə saxlamaq məqsədilə məktəb psixoloqu Cəmilə Məmmədovanın məktəbin Xlb sinif şagirdləri ilə dəstəkləyici, psixoprofilaktik görüşü keçirildi.
Sinif rəhbəri Səidə Bayramovanın iştirakı ilə keçən görüş Zoom platforması üzərindən onlayn şəkildə keçirilib.
Söhbət zamanı gəlinən nəticə, verilən tövsiyələr gənc nəslin sağlam düşüncə ilə böyüməsinə, cəmiyyətə əsl vətəndaş qazandırmağa xidmət etdi. Psixoloq Cəmilə Məmmədova şagirdləri maraqlandıran, narahat edən suallar cavablandıraraq lazimi tövsiyələr verib.