Şagirdlər “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə ekskursiya ediblər
Ölkəmizdə keçirilən COP29 beynəlxalq tədbiri çərçivəsində şagirdlərin diqqətini tullantıların təkrar emalına yönəltmək,onları bu sahədə maarifləndirmək üçün 8b sinif şagirdləri Coğrafiya müəllimi Ramilə Məmmədlinin təşkilatçılığı ilə "Təmiz Şəhər" ASC-ə məxsus Balaxanı Sənaye Parkına ekskursiyaya yollanıblar. Şagirdləri Sənaye Parkının ərazisi ilə tanış etmək üçün "Təmiz Şəhər" ASC-nin ictimayyətlə əlaqələr şöbəsinin mütəxəssisi Abbas Eyvazov qarşıladı.
Əvvəlcə,"Təmiz Şəhər" ASC-nin ictimayyətlə əlaqələr şöbəsinin əməkdaşı Vəfa Mövlayeva şagirdlərə Balaxanı Bərk Məişət tullantılarının çeşidlənməsi zavodunun iş prinsipi haqqında ətraflı məlumat vermişdir.
Daha sonra Balaxanı Sənaye Parkının koordinatoru Elmar Mustafayev sənaye parkı ərazisində fəaliyyət göstərən rezident şirkətlərdən olan Metak,Çapar və bir sıra digər şirkətlərin fəaliyyəti ilə tanış etdi.
Şagirdlər ekskursiyadan gözəl təəssüratlarla qayıdıblar.
Qeyd edək ki, bu təşəbbüs COP29 beynəlxalq tədbiri çərçivəsində iqlim dəyişmələri problemləri və onların həlli yolları, həmçinin bu istiqamətdə kollektiv və birgə fəaliyyətin rolu haqda məlumatlılığının artırılmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.