"8 Noyabr-Zəfər Günü" adlı tədbir keçirilib

Məktəbdə Zəfər Günü münasibəti ilə möhtəşəm tədbir keçirildi. Məktəbin akt zalında keçirilən tədbir təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Zaxarovanın təşkilatçılığı ilə keçirilib .
8 Noyabr-Zəfər Gününə həsr olunan tədbirdə fəxri qonaqlar cəsur qazilərimiz , məktəb rəhbərliyi , şagird-müəllim heyəti iştirak edib.
Əvvəlcə ,Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə şagirdlər tərəfindən hazırlanan, 44 günlük müharibədəki qəhrəmanlıqları əks etdirən səhnəciklər ,şeir kompazisiyaları, milli rəqslər,vətənpərvərlik mahnıları təqdim edilib.
Tədbirdə qəhrəman qazilərimizə söz verildi. Onlar öz xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Tədbirin sonunda fəxri qonaqlarımızla xatirə şəkilləri çəkilib.