"Zəfərin Mübarək ,Azərbaycan" adlı tədbir keçirilib

      6 noyabr 2024-cü il tarixində 90 nömrəli tam orta məktəbin akt zalında ingilis dili müəllimi Zülfiyyə Hacıyeva şagirdlərlə birlildə "Zəfərin Mübarək, Azərbaycan" adlı tədbir keçirib.  
      Tədbirdə Şəhid Məhəmmədəli İbarahimlinin anası İlhamə xanım, Şəhid  İlkin Quliyevin anası Reyhanə xanım, Şəhid Elcan Məmmədovun anası Sahilə xanım, məktəbin Şəhid məzunları Əli Seyidovun anası Lalə xanım,  Tural Dəmirçiyevin anası Sədaqət xanım, Abbas Əliyevin anası Sahilə xanım,  Osman Manafovun anası Fəridə xanım ,Qazi Xankişi Yusifov və Şuşa fatehi Qazi Fərid Həsənov iştirak edib. 
     Məktəb rəhbəri Vələddin Nurəddinovun və məktəb kollektivinin iştirakı ilə keçən tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, şəhidlərimizin ruhu  1 dəqiqəlik sükutla yad edilib. İstedadlı şagirdlər tərəfindən müxtəlif rəqslər, mahnılar, şeirlər və səhnəciklər təqdim olunub.
     Sonda fəxri qonaqlarla  xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi