ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR

      Məktəbdə  8 Noyabr- Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
      1a sinfində ibtidai sinif müəllimi Zamanzər Əliyevanın  başçılığı ilə keçirilən sinifdaxili tədbir Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilib.
     Tədbirdə məktəb direktoru Vələddin Nurəddinov, ibtidai siniflər üzrə direktor müavini Sevinc Zaxarova, kitabxana müdiri Minayə Əzimova , məktəb psixoloqu Vüsalə Orucova, sosial pedaqoq Rəsmiyyə Quliyeva iştirak edib.
      Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılıb,  şəhidlər bir  dəqiqəlik sükutla yad edilib.Tədbirdə şagirdlər Zəfər Gününə həsr olunmuş çıxışlar , səhnəciklər, Milli rəqslər, divar qəzetləri , videoçarxlar nümayiş etdiriblər, qəhrəmanlıq haqqında şeirlər səsləndiriblər.
     Məktəb rəhbəri Vələddin Nurəddinov çıxışında Azərbaycanın müasir tarixində fəxarətlə, qürurla anılan Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verib. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətini şanlı qələbəyə aparan daxili və xarici siyasəti, Azərbaycan Ordusunun zəfər yürüşü və bununla da dünya hərb tarixindəki yeri barədə söhbət açılıb. Bildirilib ki, bu gün hər kəs Qarabağ savaşında Vətəni üçün canından keçən şəhidlərimizin qəhrəmanlıq məktəbindən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi