"Uşaq hüquqları" mövzusunda "Dəyirmi masa" keçirilib

Məktəbin Fəaliyyət Planına uyğun olaraq 5 noyabr 2024-cü il tarixində məktəbin tarix müəllimi Məhsəti Səfərinin rəhbərliyi ilə Uşaq hüquqları aylığı çərçivəsində “Uşaq hüquqları” mövzusunda "Dəyirmi masa" keçirilib.
Məhsət müəllimə mövzu üzrə məruzə ilə çıxış edərək dövlətin bu sahədə atdığı addımlardan, uşaqların sağlam şəkildə yetişdirilməsi üçün yaradılan şəraitdən söhbət açıb. Bildirilib ki, dünyada müxtəlif zəmində baş verən münaqişələrdə uşaqlara qarşı zorakılıq faktlarının müşahidə olunduğu bir zamanda, ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Bu da öz növbəsində uşaqların hüquqlarının tam şəkildə təmin olunmasına və onların firavan bir mühitdə yaşamasına şərait yaradır.
Şagirdlər "Dəyirmi masa"ya çox həvəslə hazırlaşmışdılar.Onlar Uşaq hüquqları konvensiyası haqqında ətraflı məlumatlar toplayıblar. Şagirdlər hüquqları barədə videoçarxlar izləyiblər, mövzu üzrə ətraflı müzakirələr aparıblar.
Qeyd edək ki ,məktəbdə Uşaq hüquqları ilə bağlı mütəmadi tədbirlər keçirilir və şagirdlərə hüquqları ətraflı öyrədilir.