BilBacar müsabiqəsinin ilk mərhələsi keçirilib
5 noyabr 2024-cü il tarixində təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Nəbiyevanın başçılığı ilə riyaziyyat müəllimi Şəhanə Quliyevanın təşkilatçılığı ilə BilBacar müsabiqəsinin ilk mərhələsi virtual platforma üzərindən həyata keçirilib. Müsabiqədə VIII, IX və X sinif şagirdləri iştirak ediblər.
BilBacar müsabiqəsinin keçirilməsində məqsəd VIII, IX və X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etmək qabiliyyətini inkişaf etdirmək və həmin bacarıqların real həyatda tətbiqinə sövq etməkdir.