"Nümunəvi dərs" keçirilib
Məktəbin 9a sinfində kimya müəllimi Mətanət Məmmədrəhimova "Mis" mövzusunda "Nümunəvi dərs" keçirib. Şagirdlər mis haqqında dərslikdən və internet resurslarından araşdırmalar apararaq teqdimatlar hazırladılar. Daha sonra misin kimyəvi xassələrinə dair təcrübələr aparıldı. Misin xassələrinin onun tətbiqinə təsiri barəsində müzakilərə aparıldı.
Mövzu müəllim tərəfində ətraflı izah olunub. Dərs şagirdlərin fəal iştirakı ilə diskussiya şəklində keçirilib. Tədqiqat sualları qrup liderləri tərəfindən izahlı şəkildə cavablandırılıb. Fikirlər ümumiləşdirilərək nəticələr əldə edilib.
Sonda ev tapşırığı verilib və qrup işləri qiymətləndirilib. Müşahidəçi qismində iştirak edən məktəb rəhbərliyi tərəfindən dərs müzakirə edilib.