"Bilik yarışı" keçirilib

       2 noyabr 2024-cü il tarixində təlim-tərbiyə işləri üzrə direktor müavini Alvina Cavadovanın təşkilatçılığı ilə məktəbin fəaliyyət planına uyğun olaraq V-XI sinif şagirdləri arasında Bilik yarışı keçirilib.
        İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq  fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.
     Ümumilikdə 236 şagird iştirak edən Bilik yarışında V siniflər - məntiq, VI siniflər- riyaziyyat ,informatika,təbiət, VII siniflər- kimya, fizika, biologiya, VIII-XI siniflər riyaziyyat, Azərbaycan dili, kimya, fizika, coğrafiya, tarix , informatika, biologiya fənləri üzrə biliklərini sınayıblar. Bilik yarışında şəffalığı ,obyektivliyi təmin etmək məqsədilə məktəb rəhbərliyi tərəfindən müəyyən edilmiş nəzarətçi müəllimlər imtahana ciddi nəzarət edib.
       Qeyd edək ki, bilik yarışının keçirilməsi  şagirdlərin  fənlərə olan marağını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək, istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi