“Risk qrupuna” daxil olan şagirdlərlə görüş keçirilib
Məktəbdə psixoloji işin təşkili məqsədilə 1 noyabr 2024-cü il tarixində məktəb psixoloqu Cəmilə Məmmədova tərəfindən “Risk qrupuna” daxil olan şagirdlərlə görüş keçirildi.
Görüşdə məktəb direktoru Vələddin Nurəddinov, sosial pedaqoq Rəsmiyyə Quliyeva, Uşaq birliyi təşkilatının rəhbəri Lida Muxtarova iştirak edib,şagirdlərlə maarifləndirici söhbətlər aparıblar. Məktəb psixoloqu çıxış edərək bildirdi ki, risk baş verə biləcək və ya baş verə bilməyəcək neqativ bir haldır. Psixoloq Cəmilə Məmmədova problemli şagirdlərlə psixoloji testlər aparmış , psixoloji söhbət edərək onlara öz tövsiyələrini verdi. Şagirdlərə arzuolunmaz təsir altına düşməmələrini, məktəb və ailələri il birgə problemləri həll edə biləcəklərini bildirib.