3G SİNİF ŞAGİRDLƏRİ KİTABXANADA

     Gənc nəslin ağıllı, milli-mənəvi dəyərlərə bağlı olaraq formalaşmasında kitablar böyük rol oynayır. Oxucuların məktəb kitabxanalarına gələrək mütaliə etməsi, asudə vaxtlarını orada keçirməklə, lazımi informasiya tələbatına malik olması ən vacib, aktual məsələdir. Şagirdlərdə mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir.

     Uşaqlara mütaliə etmək vərdişlərini aşılamaq, kitabxana qaydalarına yiyələnmək və kitabxanadan özlərinin sərbəst istifadə etməsi məqsədilə məktəbin ibtidai sinif müəllimi Elmira Şəripovanın rəhbərliyi ilə 3g sinif şagirdlərinin məktəb kitabxanasına ekskursiyası baş tutmuşdur.

     İbtidai siniflər üzrə direktor müavini Sevinc Zaxarova şagirdlərə kitablarla bağlı müxtəlif tövsiyələr verdi. Kitabxanada təşkil olunmuş məşğələ zamanı kitabxana müdiri Minayə Əzimova şagirdlərə kitab, onun yaranması, kitabların rəflərdə düzülüşü, kitabı axtarma metodları, kitabxanada oxucunun özünün necə aparması qaydaları barədə geniş məlumat verdi. Kitabxanaçı şagirdləri uşaq ədəbiyyatı nümunələri ilə tanış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi