Uğur qazanan müəllimlərimiz
Elm və Təhsil Nazirliyi “Microsoft” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təhsil işçilərinin rəqəmsal bacarıqlarının inkişafı məqsədi ilə təhsilverənlər üçün İKT üzrə ixtisasartırma təlimləri təşkil etmişdir. Məqsəd istənilən fənn müəllimi üçün “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında iştirak etmək və beynəlxalq sertifikat əldə etmək fürsətinin yaradılması olmuşdur.
Proqramı bitirən təhsilverənlər sadəcə pedaqoji istiqamətdə deyil müxtəlif standartlarda mərkəzləşmiş və təhsilverənlər üçün vacib olan 7 istiqamət üzrə qiymətləndirilmişlər.
“Effektiv pedaqoq olmaq üçün İKT-dən istifadə”, “İnformasiya kommunikasiyası vasitələrindən istifadə”, “Real dünya problemlərinin həlli və innovasiya”, “Özünütənzimləmə”, “Biliyin qurulması”, “Təhsilalanla əməkdaşlıq” və “Bacarıqlı ünsiyyət” modulları üzrə yüksək nəticə göstərmiş müəllimlərimiz Ramilə Məmmədli ,Sevinc Abdullayeva, Sənan Allahverdiyev “Microsoft Certified Educator” sertifikatına layiq görülmüşlər.
Uğur qazanan müəllimlərimizi təbrik edir, peşə fəaliyyətlərində uğurlar arzulayırıq.