"Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması" adlı görüş keçirilib

      18 oktyabr 2024-cü il tarixində məktəbin 8b və 8d sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Humay İsmayılovanın başçılığı ilə Sabunçu Gənclər Evi, Bakı şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması" adlı görüşdə iştirak ediblər. Sabunçu Gənclər Evində keçirilən görüşün məqsədi, yeniyetmə və gənclərdə mütaliə mədəniyyətini təşviq etmək, oxuma vərdişlərini inkişaf etdirmək və kitab sevgisini artırmaqdır. Bu kontekstdə, iştirakçılara mütaliənin faydaları, kitab seçimi, oxu texnikaları və mütaliə zamanı əldə edilən biliklərin gündəlik həyata tətbiqi kimi mövzular ətrafında müzakirələr aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi