Ekologiya aylığı

Ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması,su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi məqsədilə bu ilin oktyabr ayı ərzində "Məktəblərdə ekologiya ayı" keçirilir.
Bu məqsədlə 90 saylı tam orta məktəbin 3g sinfində ibtidai sinif müəllimi Elmira Şəripovanın təşkilatçılığı ilə Ekologiya aylığı ilə bağlı dərs hazırlayıb. Şagirdlər maraqlı əl işləri nümayiş etdiriblər.