1c və 3r sinifində valideyn iclası keçirilib

11 oktyabr 2024-cü il tarixində məktəbin 1c və 3r siniflərində valideyn iclası keçirilib. İclasda ibtidai siniflər üzrə direktor müavini Sevinc Zaxarova ,sinif rəhbərləri Məkanə Abışova ,Həlimət Camalova , məktəb psixoloqu Vüsalə Orucova ,fənn müəllimləri və valideynlər iştirak ediblər.
İclasın keçirilməsində məqsəd valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirməkdən ibarət olub. İclasda təhsil və təlimlə bağlı məsələlər valideynlərin nəzərinə çatdırılıb, tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olunub. Məktəb – şagird - müəllim - valideyn münasibətlərinin düzgün qurulması üçün fikir mübadiləsinin aparılıb. Direktor müavini Sevinc Zaxarova qeyd edib ki,şagird şəxsiyyətinin formalaşmasında valideyn-məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti var. Şagirdlərin nizam-intizamından, təhsillərinə və sair kimi xüsusiyyətlərinə müəllim və valideynin birgə nəzarəti mütləqdir. Həmçinin iclas zamanı valideynləri maraqlandıran suallar cavablandırılıb.