UMT üzvləri "Təhsildən yayınma hallarının qarşısı alınması" mövzusunda görüş keçirib

     Məktəbin UMT üzvləri Cəmilə Məmmədova ,Aygün Sadiqova ,Lida Muxtarova “Uşaq müdafiəsi proqramı”nın UMT mexanizmi və onun işləmə prinsiplərindən bəhs ediblər. Həmçinin təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparıblar. Üzvlər şagirdlərə hüquqları və şəxsi mənafelərinin qoruması haqqında geniş məlumatlar veriblər. 
     Layihə çərçivəsində mexanizmə dair və UMT komandalarının işləmə mexanizmini əks etdirən videoçarx  təqdim olunmuşdur. Görüş iştirakçılarına UMT komandalarının işi, layihə çərçivəsində məktəbdə keçirilən iclas və görüşlər, şagirdlərin iştirakı ilə təşkil olunan silsilə tədbirlər, oyunlar şəklində həyata keçirilən korreksiya işləri , eləcə də əldə olunan nəticələr haqqında məlumat veriblər.
Sonda şagirdlərlə birgə mövzu ətrafında müzakirələr aparılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi