Şəhid məzunumuz Seyidov Əlinin əziz xatirəsini yad edilib

     Məktəbin 4c sinif şagirdləri ibtidai sinif müəllimi İlhamə Bayramovanın başçılığı ilə II Qarabağ müharibəsi şəhidi, məktəbimizin şəhid məzunu Əli Seyidovun əziz xatirəsini yad edib. 4c sinif şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş, qəhrəman şəhidimizin həyat və döyüş yolu haqqında məlumatlar vermişlər.
     Məktəbin fəxri şəhid məzunumuz Seyidov Əli 2020-ci il qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Qısa amma şərəfli ömür yolu keçən Əli Seyidov "Vətən Uğrunda", "Suqovuşanın azadlığı uğrunda", "Ağdamın azad olunmasına görə", "Cəsur döyüşçü", və "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi