“Məktəblərdə ekologiya ayı” layihəsi

      2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsinə start verilib.
     Bu məqsədlə 02.10.2024 tarixində 3g sinfində ibtidai sinif müəllimi Elmira Şəripovanın başçılığı ilə  “Məktəblərdə ekologiya ayı” layihəsi çərçivəsində dərs keçirilmişdir. 
     Dərs zamanı sinfə canlıların həyatında suyun, havanın, günəşin, torpağın əhəmiyyəti barədə öyrədici məlumatlar verilmişdir. Mövzuya uyğun videoçarx təqdim olunmuşdur. Müasir dövrdəki ekoloji vəziyyət şagirdlərlə sual-cavab əsasında müzakirə edilmişdir.
     Qeyd edək ki, layihənin məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi, eləcə də gənc istedadları üzə çıxarmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi