MƏKTƏBƏHAZIRLIQ QRUPLARINDA DƏRSLƏRƏ START VERİLİB

     1 oktyabr 2024-cü il tarixində 90 nömrəli tam orta məktəbdə məktəbǝhazırlıq qruplarında dərslərə start verilib. Həftədə 4 gün fəaliyyət göstərəcək məktəbǝhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və vərdişlərin formalaşdırılmasıdır.    
     İlk dərs günü 5 yaşlı şagirdləri ibtidai siniflər üzrə direktor müavini Sevinc Zaxarova və ibtidai sinif müəllimləri  qarşılayıb, onlara uğurlar arzulayıb. Balaca şagirdlər isə günün həyəcanını müəllimləri ilə birgə yaşayıblar.      
     Məktəbə ilk qədəmlərini qoyan hər bir şagirdə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi