4C sinif şagirdləri şəhid Gündüz Əliyevi yad ediblər

    Əliyev Gündüz Etibar oğlu 30 sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır. 
     30 sentyabr 2024-cü il tarixində məktəbin 4C sinif şagirdləri sinif rəhbəri İlhamə Bayramovanın təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi şəhidi Əliyev Gündüz Etibar oğlunu yad ediblər. 
     Anım tədbirində IV sinif şagirdləri qəhrəmanlıq, şəhidlik, vətən, torpaq haqqında şeirlər səsləndirib, Gündüz Əliyev kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş igidlərin heç zaman unudulmayacağını deyiblər.
    Bu cür tədbirlərin keçirilməsində məqsəd Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizin xatirəsini ehtiramla yad etmək və hərbi-vətənpərvərlik ruhunu təbliğ etməkdən ibarət olub.

https://www.youtube.com/watch?v=-8TqHyOPtXU

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi