Məktəb rəhbərliyi şəhid məzunlarımızın ailələrini ziyarət edib
Torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi 90 nömrəli tam orta məktəbdə daim ehtiramla anılır.
Məktəb direktoru Vələddin Nurəddinov ,direktor müavinləri Aygün Sadiqova , Alvina Cavadova , Sevinc Zaxarova , məktəb psixoloqu Cəmilə Məmmədova ,sosial pedaqoq Rəsmiyə Quliyeva , Həmkarlar İttifaqının sədri Rafiq Bayramov ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhid məzunlarımız Abbas Əliyev , Tural Dəmirçiyev,Osman Manafovun ailələrini ziyarət edib, onlara mənəvi dəstək olublar. Şəhid anaları ilə qəhrəman Vətən övladlarının həyatı , döyüş yolu haqqında ətraflı söhbətlər aparılıb.
Bildirilib ki ,şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin borcudur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!