ŞƏHİD MƏZUNUMUZ TURAL DƏMİRÇİYEVİN AİLƏSİ ZİYARƏT OLUNUB

    Məktəbin 4d sinfi tərəfindən Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
   4d sinif şagirdləri ibtidai sinif müəllimi Gülnar Cəfərovanın  rəhbərliyi ilə şəhid məzunumuz Tural Dəmirçiyevin  ailəsini ziyarət ediblər. Şəhidin ailə üzvləri şagirdlərə Turalın keçdiyi şərəfli döyüş yolu və xatirələrindən danışıb, onun vətənə olan sevgi-məhəbbətinin tükənməzliyini vurğulayıblar.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə təşkil olunan ziyarətdə məktəblilər tərəfindən şeirlər səsləndirilib.
      Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim əziz tutulur. Ruhunuz şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi