ANIM GÜNÜNƏ HƏSR OLUNAN TƏDBİR
1a sinfində sinif rəhbəri Zamanzər Əliyevanın başçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş sinifdaxili tədbir keçirilib.
Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib . Daha sonra şagirdlər Vətən Müharibəsinin şəhidlərinə və qazilərinə həsr edilmiş şeirlər ilə çıxış ediblər. Bildirilib ki, doğma torpaqlarımızın mənfur erməni işğalçılarından azad olunmasında canıyla, qanıyla iştirak edən, Şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allahdan rəhmət diləyir,ruhları qarşısında baş əyirik.