I SİNİF ŞAGİRDLƏRİNİN ADAPTASİYA PROSESİ
Birinci sinif şagirdlərinin məktəbə adaptasiya dövrü fərdi xarakter daşıyır. Bəzi uşaqlar bu dövrü asanlıqla, digərləri isə çətin və uzunmüddətli keçə bilir.
Bu məqsədlə məktəb psixoloqu Vüsalə Orucova 1a sinif şagirdlərinin adaptasiya istiqamətində işlər aparıb. Şagirdlərin məktəb mühitinə uyğunlaşması zamanı özünü göstərən çətinliklər və çətinliklərin aradan qaldırılması yolları müzakirə olunub. Mövzu ilə bağlı psixoloji söhbətlər aparıldı.